Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:30

Əməliyyatların çoxluğu Beynəlxalq Bankın işində fasilə yaradıb


Azərbaycan Beynəlxalq Bankı

Azərbaycan Beynəlxalq Bankı

Beynəlxalq Bankın iş sistemi artıq bərpa olunub.

Bu barədə AzadlıqRadiosuna açıqlama verən qurumun mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bildirib ki, iyulun 1-də Bankın işlədiyi Flexcube sistemində kiçik problem yaranıb, bu üzdən də bütün filiallarda iş dayanıb:

«Həmin sistemin proqram təminatçısı Hindistanda yerləşən ORACLE şirkətidir. Bizim onlarla əlaqə saxlamamız, onların problemlə məşğul olmaları bir gün çəkdi. Problemi həll etmək üçün bütün iş sistemi dayanmalı idi, ona görə də dünən bütün filiallarda iş dayandı».

Rauf Ağayev deyir ki, mütəxəssislər problemə səbəb kimi əməliyyatların artmasını görüblər: «Həm rübün axırı idi, həm də məzuniyyət dövrüdür, əməliyyatların sayı artmışdı. Bu da sistemdə problemə səbəb olub».

İyunun 1-də vətəndaşlar Beynəlxalq Bankın heç bir xidmətindən istifadə edə bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG