Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:34

Separatçılara qarşı əməliyyatlar davam edir


Luqansk
Luqansk

-

Ukrayna ordusunun sözçüsü Oleksiy Dmytrashkovsky bildirir ki, hökumət qüvvələri separatçıların mövqelərini artilleriya atəşinə tutur, hava hücumları endirir.

Dmytrashkovsky bildirir ki, yaraqlılar SU-25 təyyarəsinə atəş açıb, ona xəsarət yetirib, ancaq təyyarə təhlükəsiz şəkildə bazaya enə bilib. O, yaraqlıların bir hərbi vertolyotu vurması xəbərini təkzib edib.

Kiyev bildirir ki, qüvvələri Luqanskda Dovzgansky keçid məntəqəsinə nəzarəti ələ keçirib. Yaraqlılar isə Luqansk aeroportuna nəzarət etdiyini deyir.

Donetsk şəhərində separatçılar bir neçə saatlıq döyüşlərdən sonra Daxili İşlər Nazirliyini ələ keçirib.

Donetskdə separatçılar dörd nəfərin öldürüldüyünü bildirir. Onlar Kramatorsk şəhərində avtobusda atəşə tutulub.

Kramatorskda, Donetsk aeroportunda atışma gedir. Şahidlərin dediyinə görə, Donetsk-in şimal-qərbində Karlivka kəndində tank döyüşü gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG