Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:10

-

Danimarkadan olan diplomat Karsten Lauritzen Azərbaycana yaxşı təşkil olunmuş tədbirə görə təşəkkür etsə də, çıxışını Azərbaycanı tənqidlə davam etdirib:

«Onu deyim ki, biz ATƏT PA-nın tədbirini insan hüquqlarının ciddi pozulduğu bir ölkədə keçiririk. Bunu ona görə deyirəm ki, biz Danimarka nümayəndələri olaraq AXCP sədri Əli Kərimlini sessiyanın keçirildiyi otelə dəvət etdik. Amma onu otelə buraxmadılar. Biz onunla söhbət etmək istədik. Amma buna imkan verilmədi. Mən xahiş edirəm ki, ev sahibləri olan ölkələr ATƏT-in belə tədbirlərdə QHT, müxalifət nümayəndələri ilə deputatların görüşlərinə icazə verilsin. Əgər belə imkan verilməyəcəksə onda belə ölkələrdə tədbirlər keçirilməsin».

BAHAR MURADOVA: «BU, AZƏRBAYCANIN PROBLEMİ DEYİL»

Bahar Muradova

Bahar Muradova

Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova sessiyanın keçirildiyi otelə və zala AXCP sədri Əli Krimlinin buraxılmamsına münasibət bildirib:

«Bu, Azərbaycanın problemi deyil. ATƏT PA-nın tətbiq etdiyi prosedur qaydaları ilə bağlıdır. Tədbir başlamazdan əvvəl gərək qeydiyyat üçün müraciət olunaydı. Qaldı ki, kimlərəsə viza verilməməsi ilə bağlı deyilənlərə, bildirim ki, bu, Qarabağa Azərbaycanın razılığı olmadan edilən səfərlərlə bağlıdır. Bir nəfərin otelə buraxılmamasına görə, tədbirlərin Azərbaycanda keçirilməməsinə çağırışlar səslənir. Bəzi həmkarlarıma deyirəm ki, belə çıxışlar edəndə bir qədər ehtiyatlı olsunlar. Gözəl bir tədbirin sonunda belə çıxışlar yerinə düşmür».

Günün bütün mövzuları

XS
SM
MD
LG