Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 04:19

Nizami Gəncəvi adına «Qızıl medal» təsis edildi


Nizami Gəncəvi
Nizami Gəncəvi

-

Prezident İlham Əliyev «Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı»nın təsis edilməsi ilə əlaqədar sərəncam imzalayıb.

«Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı» haqqında Əsasnamə və medalın təsviri təsdiq edilib. Əsasnamədə qeyd olunur ki, «Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı» ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

Göstərilən xidmətlərinə görə Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə «Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı» ilə təltif edilə bilməzlər.

XS
SM
MD
LG