Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:36

Berlin görüşünün «dəqiq məqsədi» yoxdur


Fransada olan diplomatik qaynaq bildirir ki, Berlin görüşünün «dəqiq məqsədi» yoxdur, ancaq «sülh cəhdləri üzərində işləmək imkanı» yaradacaq.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov iyulun 2-də alman həmkarı Frank-Walter Steinmeier-lə telefonla danışıb. O, Fransanın xarici işlər naziri Laurent Fabius və ukraynalı həmkarı Pavlo Klimkin-lə görüşmək ideyasını dəstəkləyib.

NATO-nun baş katibi Anders Fogh Rasmussen iyulun 2-də Berlində Steinmeier və kansler Angela Merkel-lə Ukrayna böhranını müzakirə edəcək.

AB diplomatlarına istinadla yayılan xəbərlərə görə, hökumətlər «sanksiyalara hazırlığı gücləndirmək» qərarına gəliblər.

Mənbələr bildirir ki, səfirlər iyulun 7-də yığışıb durumu müzakirə edəcək. AB ekspertlərinin konkret şəxsləri və şirkətləri hədəfləyən sanksiyalar üzərində işlədiyi də bildirilir.

XS
SM
MD
LG