Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

Ermənistan nümayəndə heyətinin rəhbəri Azərbaycana təşəkkür etdi


-

ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasında ATƏT regionunda gender məsələlərinə həsr olunmuş layihə müzakirə olunur.

Layihə ilə bağlı İsveç diplomatı Walburga Habsburg Douglas çıxış edib.

Bundan sonra aktual məsələlərə dair müzakirələr başlayıb.

Lakin bu zaman iclasa sədrlik edən ATƏT PA-nın prezidenti Ranko Krivokapić çıxışçı tapmaqda müəyyən problemlə üzləşib. Çox az adam çıxış etmək istəyib. Sonda Ukrana nümayəndəsi Natalia Ahafonova-ya söz verilib. Bu zaman məlum olub ki, o da hələ iclasa gəlməyib.

Daha sonra söz Gürcüstan nümayəndəsinə verilib. O, çıxışını Azərbaycana təşəkkür etməklə bitirib: «Azərbaycana təşəkkür edirəm, biz gedəndən sonra bir də bura gəlmək istəyəcəyik».

Ermənistan nümayəndə heyətinin rəhbəri Artashes Geghamyan da yaxşı münasibətə görə, Azərbaycana təşəkkür edib:

«Azərbaycan nümayəndəsi bizə normal işləməyə şərait yaradılacağını demişdi və belə də oldu, mən sədr sizə və Azərbaycana təşəkkür edirəm».\

Onun bu çıxışı alqışla qarşılanıb.

ATƏT PA-nın prezidenti Ranko Krivokapić də belə bir halın baş verməsinin müsbət hal olduğunu deyib.

«Bu, çox yaxşı haldır ki, siz Azərbaycana qarşı xoş sözlər dediniz, bu əməkdaşlıq üçün müsbət bir tendensiyadır».

XS
SM
MD
LG