Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:35

İsveçin xarici işlər naziri Carl Bildt Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüb, Kiyevin AB ilə assosiasiya sazişini yerinə yetirməsini müzakirə edib. İyulun 1-də Kiyevdə keçirilən görüşdən sonra Poroshenko deyib ki, Ukrayna iyulun 11-də AB, Ukrayna və Rusiya təmsilçiləri ilə görüşəcək, həmin sazişin iqtisadi aspektlərini müzakirə edəcək.

Poroshenko jurnalistlərə deyib: «Sazişin mahiyyəti barədə mövqeyimiz aydındır: o, müzakirə oluna bilməz. Ancaq onun mərhələlərini müzakirə edə bilərik».

Ukrayna Rusiyanın etirazlarına baxmayaraq, AB ilə martın 21-də assosiasiya sazişi, iyunun 27-də isə azad ticarət razılaşması imzalayıb.

Prezidentin ofisinin məlumatına görə, tərəflər Ukraynanın Avropaya inteqrasiyası, Donbasda durumun sabitləşdirilməsi üçün cəhdlərin koordinasiyasına razılaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG