Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:03

Sarkozy korrupsiyada ittiham olunur


Nicolas Sarkozy
Nicolas Sarkozy

Fransa müstəntiqləri iyulun 2-də bildirib ki, keçmiş prezident Nicolas Sarkozy korrupsiyada və cinayət istintaqına təzyiq göstərməkdə ittiham olunur.

Öncə Sarkozy 15 saat dindirilib. Bu, Fransa dövlət başçısı üçün görünməmiş hadisədir.

Sarkozy dindirilmək üçün iyulun 1-də anti-korrupsiya müstəntiqlərinin suallarına cavab verməyə gətirilib. Bir gün əvvəl onun vəkili dindirilib.

Fransa mediasının məlumatına görə, 59 yaşlı Sarkozy hakimə təzyiq edib, ondan digər istintaq barədə qapalı informasiyanı almağa cəhd göstərib. Bu informasiya 2007-ci ildə Sarkozy-nin seçki kampaniyasını o vaxtkı Liviya diktatoru Muammar Gaddafi-nin maliyyələşdirməsi ittihamı ilə bağlı ola bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG