Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:34

İyulun 2-də Berlində Ukrayna, Rusiya, Fransa və Almaniya xarici işlər nazirləri Ukrayna böhranını müzakirə edəcək. Bu barədə Fransanın diplomatik mənbələri məlumat yayıb.

Bu arada 10 günlük uğursuz atəşkəsdən sonra Ukrayna hökumət qüvvələrinin Rusiyayönlü separatçılara qarşı əməliyyatları bərpa etdiyi bildirilir.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynalı həmkarı Petro Poroshenko «Ukraynada döyüşləri başlamaq məsuliyyətini öz üzərinə götürüb».

Rusiya xarici işlər naziri Sergei Lavrov isə bildirib ki, Poroshenko-nun atəşkəsi uzatmamaq qərarı «Ukrayna dövləti üçün gözlənilməz nəticələri ola bilən qırğının yeni mərhələsinin başlanğıcıdır».

Xarici işlər naziri Lavrov bu barədə ABŞ Dövlət katibi John Kerry ilə telefon söhbəti zamanı deyib.

BERLİN GÖRÜŞÜNÜN DƏQİQ MƏQSƏDİ YOXDUR

Fransada olan diplomatik qaynaq bildirir ki, Berlin görüşünün «dəqiq məqsədi» yoxdur, ancaq «sülh cəhdləri üzərində işləmək imkanı» yaradacaq.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov iyulun 2-də alman həmkarı Frank-Walter Steinmeier-lə telefonla danışıb. O, Fransanın xarici işlər naziri Laurent Fabius və ukraynalı həmkarı Pavlo Klimkin-lə görüşmək ideyasını dəstəkləyib.

NATO-nun baş katibi Anders Fogh Rasmussen iyulun 2-də Berlində Steinmeier və kansler Angela Merkel-lə Ukrayna böhranını müzakirə edəcək

AB diplomatlarına istinadla yayılan xəbərlərə görə, hökumətlər «sanksiyalara hazırlığı gücləndirmək» qərarına gəliblər.

Mənbələr bildirir ki, səfirlər iyulun 7-də yığışıb durumu müzakirə edəcək. AB ekspertlərinin konkret şəxsləri və şirkətləri hədəfləyən sanksiyalar üzərində işlədiyi də bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG