Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:26

Bağlanan liseylərdə oxuyan şagirdlərə yerlər təklif olunur


-

İyulun 1-dən Bakı şəhəri üzrə Təhsil İdarəsi fəaliyyəti dayandırılan liseylərdə oxuyan şagirdlərin yerləşdirilməsi prosesinə başlayıb.

apa-nın məlumatına görə, şagirdlərə və valideynlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində yerlər təqdim olunur. Qəbul həm idarəyə, həm də ümumtəhsil məktəblərinə birbaşa müraciət etməklə həyata keçirilir.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Tairquliyeva bildirib ki, Bakı şəhəri üzrə şagirdlərə 6 min yer təqdim olunub:

«Fəaliyyəti dayandırılan liseylərdən yalnız 3-ü Bakıda yerləşirdi. Həmin liseylərdə 1600 şagird təhsil alıb. Həmin şagirdlərin yerləşdirilməsi üçün 6 minə qədər yer təqdim olunur. Təhsil İdarəsinə regionlardan da şagirdlər müraciət edə bilərlər. Onlar özlərinə uyğun və münasib olan məktəblərə müraciət edərək təhsillərini orada davam etdirəcəklər».

Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində 3200 şagird təhsil alıb. İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və «Araz Kursları» MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib.

İyulun 26-da «Çağ öyrətim» liseylərində oxuyan şagirdlərin valideynləri Milli Məclisin önündə etiraz aksiyası keçirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG