Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:11

Putin Ukrayna böhranında Qərbi günahlandırır


Rusiya prezidenti Putin Qərbi Ukrayna böhranından region sabitsizləşdirmək üçün istifadə etməkdə günahlandırıb.

İyulun 1-də Rusiya səfirlərinin toplantısında Putin deyib ki, hadisələri Qərb provokasiya edib və bu, Rusiya əleyhinə siyasətin manifestasiyasıdır.

Putin deyib ki, Rusiya rusları müdafiə edəcək, siyasi, iqtisadi və humanitar vasitələrlə.

Putin deyib ki, Poroshenkonu Rusiya və Qərb tərəfdaşları zorakılığa əl atmamağa inandıra bilmədi.

Putinin fikrincə, Poroshenko atəşkəsi uzatmamaqla öz üzərinə məsuliyyət götürdü.

Poroishenkonun elan etdiyi atəşkəs iyunun 20-dən 30-na kimi davam etdi.

XS
SM
MD
LG