Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:53

Şəkidə V Beynəlxalq İpək Yolu Musiqi Festivalı açılır


Şəki
Şəki

-

İyulun 1-də Şəkidə ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan Aşağı Karvansarada V Beynəlxalq İpək Yolu Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, açılışdan sonra görkəmli bəstəkar və dirijor Niyazinin eyniadlı simfonik muğamı əsasında səhnələşdirilmiş «Rast» baleti nümayiş etdiriləcək.

Balet janrı tarixində ilk dəfə olaraq, rəqsləri muğam üçlüyünün ifasında səslənən muğamla simfonik musiqinin üzvi vəhdətindən yaranmış qeyri-adi səs palitrası müşayiət edir.

Niyazinin ecazkar musiqisi, orijinal xoreoqrafik quruluş, parlaq səhnə tərtibatı bu tamaşanı Azərbaycanın mədəni həyatında yaddaqalan hadisələrdən birinə çevirib.

Əsərin quruluşçu baletmeysteri Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, quruluşçu rəssamı Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovdur.

Tomris rolunda Xalq artisti, «Qızıl Dərviş» və «Zirvə» mükafatları laureatı Kamilla Hüseynova, Şah rolunda Anar Mikayılov, Banu rolunda Əməkdar artist Yelena Skomoroşenko, Atr rolunda Xalq artisti Gülağası Mirzəyev çıxış edəcəklər.

XS
SM
MD
LG