Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:47

Avropa parlamenti sol mərkəzçi siyasətçini yeni sədr seçdi


Avropa parlamenti Almaniyadan olan sol mərkəzçi Martin Schultsu yeni sədr seçib. Schults 2012-ci ildən bu ilin əvvəlinə kimi parlamentin sədri idi və iyulun 1-də bu vəzifəyə yenidən seçilib.

723 səsdən 409-u onun lehinə verilib.

Avropa parlamentində yerlərin 3-də 1-I avro-skeptiklərin və Avropa Birliyi əleyhinə olanların əlindədir.

Parlamentin 751 deputatı var. Onlar maliyyə tənzimləməsindən tutmuş, kənd təsərrüfatına subsidiyalara qədər bütün məsələlərə mühüm təsir göstərə bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG