Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:54

William Shakespeare-in 450 illik yubileyinə həsr edilmiş müsabiqə başa çatıb


William Shakespeare

William Shakespeare

-

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) və «British Council» təşkilatının birgə təşkilatçılığı ilə müəllim və şagirdlər arasında dünya ədəbiyyatının klassiki, şair, dramaturq William Shakespeare-in 450 illik yubileyinə həsr edilmiş müsabiqə başa çatıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, «Shakespeare 450» layihəsinin məqsədi dahi ədibin irsini Azərbaycanda paylaşmaq, insanları onun əsərlərindəki müxtəlif mövzuları araşdırmağa həvəsləndirmək və ingilis ədəbiyyatının görkəmli şəxsiyyətləri barədə hər kəsi məlumatlandırmaqdır.

Yubiley tədbirləri zamanı müəllimlər və şagirdlər üçün 2 müsabiqə keçirilib.

Müəllimlər Shakespeare mövzusunda onlayn resurslardan istifadə edərək dərs planı hazırlayıb və şagirdlərlə birgə həmin dərsi tədris ediblər.

Məktəblilər Shakespeare mövzusunda video müsabiqədə iştirak ediblər.

Qaliblərə müxtəlif hədiyyələr, ödənişsiz IELTS imtahanı, Shakespeare-in əsərlərindən ibarət kitablar təqdim olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG