Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:17

Musiqili Teatr mövsümü ən sevilən tamaşa və ən sevilən aktyorlarla bağlayacaq


«Ər və arvad» tamaşasının afişası
«Ər və arvad» tamaşasının afişası

-

Azərbaycan Dövlət Musiqili Teatrı 114-cü mövsümünü iyulun 5-də «Ər və arvad» tamaşası ilə başa vuracaq.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, bağlanışın məhz bu tamaşa ilə olması təsadüfi deyil.

Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üçpərdəli «Ər və arvad» musiqili komediyası ilə Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub.

Odur ki, bir ənənə olaraq, hər il sentyabrın 18-də -- Milli Musiqi Günündə yeni mövsüm bu tamaşa ilə açılır və iyulda bu tamaşa ilə başa çatır.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Xəbərdə teatrın direktoru Əliqismət Lalayevə istinadla bu bağlanışın daha möhtəşəm olacağı bildirilir.

Tamaşaçıların ən çox sevdikləri aktyorlar ən sevilən tamaşada birlikdə səhnəyə çıxacaqlar.

Xalq artistləri İlham Namiq Kamal (Mərcan bəy), Afaq Bəşirqızı (Minnət xanım), Fatma Mahmudova (Arvad), əməkdar artistlər Ələkbər Əliyev (Kərbəlayı Qubad), Əkbər Əlizadə (Səfi), Gülcahan Salamova (Gülpəri), Əliməmməd Novruzov (Aşpaz), Hüseyn Əlili (Suçu), Ağaxan Şərifov (Süpürgəçi) əsas rollarda çıxış edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG