Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:17

Ukrayna hökuməti anti-terror əməliyyatına yenidən başlayıb


Ukrayna hökuməti bildirir ki, 10 günlük fasilədən sonra ölkənin şərqindəki rusiyapərəst separtaçılara qarşı anti-terror əməliyyatına yenidən başlayıb.

Bunu parlament iclasında parlamentin sədri Oleksandr Turchinov bildirib. O deyib ki. anti-terror əməliyyatının aktiv fazası yenidən başlanıb və ordu terrorçuların bazalarına hücum edir.

İyunun 30-da prezident Poroshenko bildirmişdi ki, “biz öz torpağımızı azad edəcəyik”.

Bundestaqda Xarici Əlaqələr Komitəsinin sədri Roetgen isə deyib ki, iyulun 1-də Avropa Birliyi Rusiyaya qarşı yeni sanskiyalar verib-verməməyə qərar verəcək. O deyib ki, Avropa Birliyi Putin qarşısında konkret tələblər qoyub və o bu tələblərə demək olar ki, cavab verməyib.

XS
SM
MD
LG