Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:46

Avropa İnsan haqları məhkəməsi Fransada qadınların burqa geyinməsi qadağanını qüvvədə saxladı. İyulun 1-də Strasburqdakı məhkəmə Fransadakı burqa qadağanının onun dini azadlılqraını pozmasını iddia edən qadının əleyhinə qərar verdi.

Strasburqdakı insan haqları məhkəməsinə müraciət etməsinin Fransada mənfi reaksiya doğuracağından qorxan həmin 24 yaşlı universitet məzunu xahiş edib ki, onun adı gizli qalsın.

O bildirib ki, təhlükəsizlik tələb olunan yerlərdə burqanı çıxara bilər. Fransa burqanı qadağan edəndə məhz təhlükəsizliyi əsas səsbəblərdən biri kimi göstərirdi.

Fransada ictimai yerdə üzü tam bağlı gəzən qadın 150 avro cərimə oluna bilər.

Belçika və İsveçrənin bəzi yerləri də burqanı ictimai yerlərdə qadağan edib.

İtaliyanın bəzi əraziləri və Niderland burqanı qadağan etməyi düşünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG