Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:05

Ən aqressiv hakerlər - Mətbuat icmalı


Rusiya hakerləri 84 ölkədə 1000-dən çox şirkətə hücum edib. Erdoğan prezident olsa... Belçika pasportunun 8 min dollara satıldığı kafe - Terrorçular pulu hardan alır? ABŞ-da hakimiyyətin hər 3 qoluna etimad azalır - Gallup-ın sorğusu

Dünya Mediası bu gün nədən yazır?

RUSİYA HAKERLƏRİ

New York Times qəzeti yazır ki, Rusiya hakerləri mütəmadi olaraq Qərbin yüzlərlə neft və qaz şirkətinin kompüterlərinə hücum edirlər. Belə hücuma məruz qalan şirkətlər arasında enerji investisiyaları şirkətləri də var.

Bu hücumların arxasında nə durur? Ekspertlərin fikrincə, - iqtisadi casusluq.

Ancaq Rusiya hakerlərinin hücumları təkcə kompüter sistemlərini yarıb, burdan nəsə öyrənmək deyil.

Onlar həmin sənayelərə nəzarəti ələ keçirirlər. Bu təxminən ABŞ və İsrailin Stuxnet kompüter proqramı vasitəsilə 2009-cu ildə İranın nüvə proqramı kompüter sistemi üzərində nəzarəti ələ keçirməsinə və İranın nüvə təchizatının 20 faizini məhv etməsinə oxşayır.

Rusiya hakerləri 84 ölkədə 1000-dən çox şirkətə haker hücumu edib. Bunu ilk dəfə 2012-ci ilin avqustunda Kalifortniyada qərarlaşan CrowdStrike təhlükəsizlik şirkəti ortaya çıxartdı.

Şirkət bildirir ki, Rusiya haker qruplarının enerji şirkətlərinə hücumları həddən artıq yüksək texnologiyalı və agressivdir.

İyunun 30-da Kaliforniyadakı Symantec şirkəti hesabat yaydı ki, Rusiya hakerləri Stuxnet növlü proqramlara oxşar proqramdan istifadə edirlər.

PREZİDENT ERDOĞAN

Times qəzeti yazır ki, Türkiyənin baş naziri, avtoritar Erdogan prezidentliyə iddiasını iyulun 1-də rəsmən elan etməlidir.

Istanbulun Sabanci Universitetinin professor Ersin Kalaycioglu deyir ki, Erdogan prezident olsa, onun onsuz da böyük olan hakimiyyəti bir az da artacaq.

Avqustdakı prezident seçkiləri ilə indiki prezident Abdulla Gul prezidentlikdən gedəcək. Almaniyanın Marshal Fondunun Ankara ofisinin rəhbəri Ozgur Unluhisarcikli deyir ki, hakim partiyanın “kimliyində də” “dəniz boyda” böyük dəyişiklik olacaq. Gul Erdoganın qarşıdurma üslubundakı idarəçiliyinə yumşaq təsir göstərirdi. “Gul Erdoganın solunda cəmi bir neçə tənqidi səsdən biri idi”.

Karnegi Fondundan siyasi təhlilçi Sinan Ulgen deyir ki, siyasət bir şəxsin ətrafında daha çox cəmlənəcək və bu hətta hakim partiyaya da təsir edəcək.

8 MİN DOLLARLIQ PASPORT

Terrorçular necə pul qazanır ? – adlı məqaləsində New York Times qəzeti yazır ki, Türkiyənin Suriya ilə səsrhəddəki Kilis şəhərciyində kafedə satılanlar arasında ən maraqlısı menyuda yoxdur. Bu kafe Avropadan və Şimali Afrikadan radikal adamların Suriyaya gedən yolunda sonuncu məntəqədir. Onlar burda öz pasportlarını nağd pula dəyişirlər. Qəzetin müxbiri yazır ki, o, yanvar ayında burda olanda Belçika pasportu 8 min dollara satılırdı.

Qəzet yazır ki, Əfqanıstanda və Pakistanda Taliban qaçaqmalçılıqdan, adam oğurluğundan və heroin ticarətindən pul qazanır. Somalidə Shabab hərəkatı ticarət əməliyyatları çərçivəsində, o cümlədən ölkəyə şəkər gətirilməsində pul yuma ilə məşğuldur.

İraq və Suriya İslam Dövləti Təşkilatı ilk vaxtlarda bank yarma, neft qaçaqmalçılığı ilə pul qazanıb.

İndi tutduğu ərazilərdə bankları qarət edir və yerli sakinlərə öz vergilərini qiyur.

HAKİMİYYƏTİN 3 QOLUNA ETİMAD AZALIR

ABŞ-da hakimiyyətin hər 3 qoluna etimad azalır.

Gallup.com yazır ki, son sorğuda iştirak edənlərin cəmi 30 faizi Ali Məhkəməyə, 7 faizi Konqresə, 29 faizi prezidentliyə etimad göstərir.

Ali Məhkəməyə və Konqresə belə etimad rekord aşağı səviyyədədir.

Gallup sorğunu ABŞ-ın 16 qurumunda aparıb. Bunlara biznes, hökumət və ictimai qurumlar daxildir.

Gallup xüsusi vurğulayır ki, prezidentlik deyəndə idarəçilik nəzərdə tutulur, konkret kimin prezident olması əhəmiyyətli deyil.

Gallup onu da yazır ki, Konqresə etimad ABŞ-da ənənəvi olaraq yüksək deyil. Ali Məhkəməyə etimad isə 2 dəfə ən yüksək həddə olub- 1985 və 1988-ci illərdə Reagan dövründə - 56 faiz.

AZADLIQDAN NARAZILAR

Stratfor araşdırma Mərkəzi Gallup təşkilatının başqa bir soröusunu - azadlıq sorğusunu araşdıraraq yazır ki, Gallup 120 ölkədə yerli sakinlərdən soruşub ki, “öz həyatları ilə istədiklərini edə bilmək azadlığı onları qane edir yoxsa yox?”

Dünyada seçim azadlığından ən çox razı qalanlar Yeni Zelandiya əhalisidir -94 faiz. Sonrakı yerlərdə :

Avstraliya, İsveç – 93 faiz. Birləşmiş Ərəb Əmirlikləri – 92 faiz.

Maraqlıdır ki, bu sırada ABŞ 36-cı yerdədir– 79 faiz.

Startfor yazır ki, 2006-cı illə müqayisədə azadlıqdan razı qalanlar ən çox Misirdə azalıb- 34 faiz.

Azalmada sonra yerlərdə: Yunanıstan – 30 faiz, İtaliya – 24 faiz, Venesuela – 20 faiz, Kipr – 17 faiz. Çexiya – 17 faiz gəlir.

PUTİN UKRAYNADAN NƏ VAXT ƏL ÇƏKƏCƏK?

Moscow Times qəzeti yazır ki, Putin vaxtaşaırı Ukraynada böhranı qızışdıracq və səngidsəcək. Bu o vaxta kimi davam edəcək ki, Purtin xarici siyasətdə qoyduğu məqsədlərə çatacaq.

Onun bu məqsədlərə çatmağı Ukrayna böhranının nə qədər davam edəcəyini müəyyən edəcək.

Qəzet yazır ki, əgər Poroshenko Donetskin və Luhanskın Rusiya dediyi federallaşması ilə razılaşsa, tam əminliklə demək olar ki. müəyyən vaxtdan sonra bu iki region Rusiya ilə öz ticarət və təhlükəsizlik müqavilələrini bağlayacaqlar.

XS
SM
MD
LG