Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:09

İstedadlı gənclərin yerini tutan nazir övladları...


-

“Qanun” nəşriyyatından 3 yeni kitab gəldi.

Naguib Mahfouz. Yeni Qahirə

Məşhur Misir yazıçısı Nəcib Məhfuzun “Qahirə romanları” silsiləsinə daxil olan “Yeni Qahirə” romanı təhsili yenicə başa vurmuş, gələcəyə ümid və həyəcanla baxan dörd gəncin hekayəsidir. Dördü də istedadlıdır. Dördü də cəmiyyətin “orta təbəqəsi”nə aiddir.

Universiteti bitirən gənclər acı bir həqiqətlə üzləşirlər – nazirlikdə onların bilik və istedad baxımından layiq olduğu yerlər artıq tutulub... nazirin qohumları tərəfindən.

Roman Misirdə gedən sosial-iqtisadi dəyişiklikləri, şəhərin yenidən tikilib dəyişilməsini deyil, yeni nəslin, yeni ictimai-fəlsəfi baxışların yaranmasını əks etdirir.

Tərcümə: Hülya Aslanova

Marc Levy. Haradasan?

Gənc cütlük Suzan və Filipp bir-birini ömürlük sevməyə söz verirlər. Ancaq tale tezliklə onları bir-birindən ayırır.

Suzan güclü qasırğaların baş verdiyi Mərkəzi Amerikaya yola düşür. Filipp isə Manhettendə qalır.

Nyuark aeroportundakı cəmi bir neçə görüş istisna olmaqla, uzun illər bir-birilərilə yalnız məktub vasitəsilə əlaqə saxlayırlar.

Filipp başına bir iş gələcəyi təqdirdə daim onun yanında olacağı barədə Suzana söz verir. Ancaq inanmazdı ki, bu söz nə vaxtsa onun həyatını tamamilə dəyişər və o, tanımadığı birinə qucaq açar...

Tərcümə edən: Aysel Namazəliyeva

Corc Cordaq. İmam Əli

“Əlinin İsadan üstün olduğunu deməyə dinim, İsanın Əlidən üstün olduğunu qəbul etməyə isə vicdanım icazə vermir” deməklə Hz.Əliyə çox böyük sevgi bəslədiyini etiraf edən livanlı xristian şair, yazıçı və dramaturq Corc Cordağın “İmam Əli (ə) İnsan ədalətinin səsi” əsəri dünya müsəlmanları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Corc Cordaq İmam Əlinin davranışları və kəlamları əsasında onun bəndəçilik, zahidlik, alicənablıq, səxavətlilik, ədalətlilik və sair kimi şəxsi keyfiyyətlərini, azadlıq, demokratiya, rəhbərlik, fərd və cəmiyyət, sülh və müharibə, zalım və məzlum anlayışları ilə bağlı mövqelərini işıqlandırıb.

Tərcümə: Famil Şirvanov

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG