Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:52

4200-dən çox şagird ana dili və riyaziyyatdan kəsilib


İyunun 29-da təkrar və eksternat qaydasında IX və XI siniflər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verən 4258 şagirdin yarıdan çoxu ana dili və riyaziyyatdan 2 alıb.

Şagirdlərin təxminən 300-ü bu fənlərdən 4 və 5 qiymət alıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaydığı məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG