Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:26

Rusiya hakerlərinin Qərbin enerji şirkətlərini hədəfə aldığı bildirilir


ABŞ kompüter təhlükəsizliyi şirkəti Rusiyadan olan haker qrupunun Qərbin neft və qaz şirkətlərinə mütəmadi hücumlar etdiyi barədə hesabat hazırlayıb. Kaliforniyada yerləşən Symantec şirkətinin iyunun 30-da yaydığı hesabatda bildirir ki, «Dragonfly» adlanan hakerlər Birləşmiş Ştatlar, İspaniya, Fransa, İtaliya, Almaniya, Türkiyə və Polşada enerji şirkətlərini hədəfə alıb.

Symantec bildirir ki, hakerlər neft və enerji şirkətlərinin işlətdiyi proqramlara «Trojans» yerləşdiriblər. 250-dən artıq şirkətin viruslu kompüter yeniləmələrini yüklədiyi söylənir.

Symantec-dən Kevin Haley «The New York Times»a deyib ki, Rusiya qrupunun Qərbin enerji qurğularına təxribat törətməsinə dair elə bir dəlil yoxdur. Onun sözlərinə görə, əsas məqsəd enerji şirkətlərinin əməliyyatları, strateji planları və texnologiyası barədə daha çox bilgi əldə etmək olub. Ancaq o, «təxribat potensialı»nın qaldığını söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG