Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:48

Jurnalistlərin müdafiəsi ilə bağlı sənəd qəbul olundu


-

İyulun 1-də ATƏT regionunda «Dövlət və özəl sektorda təhlükəsizliyə demokratik nəzarət» adlı layihənin müzakirəsi keçirilib.

Sloveniyadan olan deputat Roberto Battelli-nin təqdim etdiyi layihəyə düzəlişlərlə bağlı hər hansı təklif irəli sürülməyib.

Sənədin 36-cı bəndində təklif edilir ki, təhlükəsizlik və kəşfiyyat orqanları üzərində 2006-cı ildə qəbul edilmiş Brüssel bəyannaməsinə uyğun olaraq effektiv parlament nəzarəti aparılsın.

37-ci bənd isə bütövlükdə jurnalistlərin müdafiəsi ilə bağlıdır. Üzv dövlətlərdən təkidlə tələb olunur ki, insan hüquqlarına, özəl həyata dövlət orqanları tərəfindən təhdidləri ifşa edən jurnalistləri və onların mənbələrini qorusunlar.

39 bənddən ibarət sənədə yalnız Rusiya nümayəndəsi etiraz edib. Rusiyalı deputat sənədin üzərində işləməyin lazım olduğunu deyib. O, bir sıra bəndlərin ciddi redaktəyə ehtiyac olduğunu bildirib.

Layihə müəllifi isə bu irada təəssüfləndiyini bildirib:

«Mən Rusiya nümayəndəsinin dediklərinə təəssüflənirəm. Bu sənədi xeyli vaxt əvvəl biz deputatlara vermişdik. Gərək o vaxt öz iradlarını bizə bildirəydilər. Amma heç bir düzəliş təklifinin olmaması o deməkdir ki, bu sənədi hamı dəstəkləyir».

Sənəd səs çoxluğu ilə qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG