Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:09

Əfqanıstanda 2 min seçki məntəqəsində səssayma yenidən dəyərləndiriləcək


Əfqanıstanın Müstəqil Seçki Komissiyası bildirir ki, 2 min seçki məntəqəsində səslərin sayılmasına yenidən baxacaq. Səbəb namizədlərin saxtakarlığa dair iddialarıdır.

Komissiya sədri Ahmed Yousuf Nuristani iyunun 30-da AzadlıqRadiosuna eksklüziv müsahibəsində deyib ki, 30 əyalətdə 1.900 seçki məntəqəsində səslər yenidən sayılacaq və məqsəd «şəffaflıq və ədalətin bərpasıdır».

Onun sözlərinə görə, səslərin sayılması dörd-beş gün çəkə bilər. Nuristani deyir ki, komissiya hələlik nəticələri qismən iyulun 2-də açıqlamaq və ya son nəticəni gözləmək qərarı verməyib.

Seçkinin ilkin nəticələrinin iyulun 2-də, yekun nəticələrin iyulun 22-də açıqlanacağı gözlənirdi. Keçmiş xarici işlər naziri Abdullah Abdullah keçmiş maliyyə naziri Ashraf Ghani arasında seçki iyunun 14-də keçirilib.

XS
SM
MD
LG