Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Qaçqınlarla bağlı qətnamə qəbul olundu


-

ATƏT PA-nın 23-cü sessiyasında ATƏT regionunda qaçqınların vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə olunur. Sənədə ümumilikdə 3 düzəliş təklif edilir.

Bu təkliflərdən ikisini ABŞ, birini isə Ermənistan nümayəndəsi təklif edib. ABŞ nümayəndəsi Christopher Smith təklif edir ki, insan alverinin qurbanına çevrilməsin deyə qaçqınları qəbul edən ölkələr onları müvəqqəti və ya daimi yaşayış yeri ilə təmin etməlidir.

Müzakirələr zamanı Fransa nümayəndəsi bildirdi ki, Avropa ölkələri qaçqınların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı normal addımlar atmayana qədər, bu, bizim ölkələr üçün problemlər yaradacaq.

Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova sözügedən qətnaməni «yerində olan bir sənəd» adlandırıb:

«Dünyada 51 milyon qaçqının 1 milyonu Azərbaycanın payına düşür. Azərbaycanlılar öz ölkələrində məcburi köçkünlərə çevriliblər. Onlara layiqli həyat şəraiti yaradılmalıdır. Azərbaycanın bununla bağlı çox mütərəqqi təcrübəsi var. Amma reallıq odur ki, dünyada bu məsələ çox ciddi problemdir. Azərbaycan bu insanların heç 30 faizinin problemini həll edə bilmir. ATƏT regionunda bu problemə qarşı ciddi iş aparılmalıdır. Bundan başqa Avropa ölkələri bu məsuliyyəti bölüşməlidirlər».

Müzakirələrə sədrlik edən portuqallı deputat İsabel Santos bu məsələnin dünyada ciddi problem olduğunu bildirib.

Sənəd səs çoxluğu ilə qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG