Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:10

Fransanın BNP Paribas bankı İran, Sudan və digər ölkələrə qoyulan sanksiyaları pozduğuna dair ABŞ-ın ittihamlarını qəbul edib və 8.9 milyard dollarlıq cərimə olunub.

ABŞ Ədliyyə Departamenti iyunun 30-da bildirib ki, BNP 2004-2012-ci illərdə qəsdən iki ölkə, eləcə də Myanmar və Kuba ilə minlərlə sövdələşməni gizlədib.

Ədliyyə naziri Eric Holder deyib ki, bu pozuntular nəticəsində terrorçuluq və insan haqları pozuntuları ilə məşğul ölkələr yardım alıb, bir çox hallarda bu, ABŞ-ın milli təhlükəsizliyini pozub.

Cərimə Ədliyyə Nazirliyinin indiyədək tətbiq etdiyi ən böyük maliyyə sanksiyası sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG