Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:46

AMEA-nın yeni həqiqi və müxbir üzvlərinin adları açıqlanıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərdə 26 həqiqi və 50 müxbir üzv seçilib.

AMEA-nın həqiqi üzvlüyünə 43, müx­bir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürmüşdü.

Qurum rəsmi saytında seçkini qazananların siyahısını dərc edib.

Millət vəkilləri Asəf Hacıyev (riyaziyyat), Rəfael Hüseynov (ədəbiyyatşünaslıq), dövlət müşaviri Kamal Abdulla (dilçilik), dilçi alim Tofiq Hacıyev, bəstəkar Arif Məlikov Akademiyanın yeni həqiqi üzvləri arasındadır.

Müxbir üzvlər arasında isə seysmoloq Qurban Yetirmişli, millət vəkili Gövhər Baxşəliyeva, rektor Nərgiz Paşayevanın da adı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG