Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:14

-

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) deyir ki, Ukraynanın şərqində müşahidəçilik əməliyyatlarını azaldır və gələcək fəaliyyətini dondurur. Müşahidəçilərin rəhbəri Alexander Hug bunu iyunun 30-da Vyanada elan edib:

«Ukraynanın şərqində fəaliyyətimizi bərpa edəcəyimiz günü gözləyirik. Ancaq bunun baş verməsi üçün təkmilləşməyə ehtiyac var. Bizə silahların yox olması, nəzarət məntəqələrinin ləğvi, hərəkət azadlığı lazımdır», o, əlavə edib.

İyunun 26-sı və 28-də Ukraynanın şərqində separatçılar 8 ATƏT müşahidəçisini buraxıblar. Onların xəsarətsiz və qeyd-şərtsiz buraxıldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG