Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:49

İraq parlamenti ilk sessiyaya toplaşır


Arxiv foto
Arxiv foto

İyulun 1-də İraqın yeni parlamenti ilk sessiyasını keçirir. Hökumət qüvvələri isə Tikrit şəhərini sünni yaraqlılardan geri almaq üçün hücuma keçirlər.

İraq Şam İslam Dövləti adlı silahlı qruplaşma Tikriti iyunun əvvəlində ələ keçirib.

Parlamentin yeni spiker, baş nazir və prezident seçəcəyi gözlənir. Hazırkı şiə baş nazir Nuri al-Maliki üçüncü müddətə seçilmək üçün namizədliyini verib. Ancaq tənqidçilər hazırkı böhrana gətirmiş məzhəblərarası gərginliyi qızışdırmaqda onu ittiham edir.

Ordunun məlumatına görə, iyunun 30-da hökumət qüvvələri Tikritin bəzi hissələrinə nəzarət edir. Əraziyə tank və artilleriya birləşmələri gəlməkdədir.

ABŞ prezidenti Barack Obama iyunun 30-da bildirib ki, İraqda amerikalıları və ABŞ səfirliyini qorumaq üçün əlavə 200 əsgər göndərir.

XS
SM
MD
LG