Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:51

Avropada icazəsiz yaşayanların geri qaytarılması sazişi təsdiqləndi


Prezident İlham Əliyev Azərbaycanla Avropa Birliyi arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılması) haqqında sazişi təsdiqləyib.

«Media forum» saytı bildirir ki, saziş bu il fevralın 28-də Brüssel şəhərində imzalanıb.

Mayın 30-da Milli Məclis bu sazişi təsdiqləyib.

Sazişdə Azərbaycan Avropa Birliyi ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması ilə bağlı öhdəlik götürür.

Sazişdə göstərilir ki, Avropa Birliyinə üzv dövlətin müraciəti əsasında və sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olması sübut olunan və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir.

Sazişdə bu məsələ ətrafında daha bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya edilməsi açıqlanıb, şərtlər göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG