Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:56

Azərbaycan filmi Karlovı Varı Festivalında - Video


«Axınla aşağı» bədii filmindən kadr
«Axınla aşağı» bədii filmindən kadr

-

«Azərbaycanfilm» kinostudiyasının istehsalı olan «Axınla aşağı» bədii filmi dünyanın ən böyük kinoforumlarından olan Karlovı Varı Beynəlxalq Film Festivalında iştirak edəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasının direktoru Müşfiq Hətəmova istinadla yaydığı məlumata görə, Asif Rüstəmovun rejissoru olduğu «Axınla aşağı» filmi festivalın «East of the West» müsabiqəsində 12 film arasında yarışacaq.

Filmin dünya premyerası iyulun 10-da festival çərçivəsində baş tutacaq.

«Axınla aşağı» psixoloji ailə dramıdır.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiyadır.

Quruluşçu rejissoru Asif Rüstəmov, operatoru Ayxan Salar, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov ifa edirlər.

1956-cı ildən keçirilən Karlovı Varı Film Festivalı dünyanın «A» kateqoriyalı 12 festivalından biridir.

Festivalda dünya kino məkanında öz sözünü demiş məşhur rejissorlar, aktyorlar iştirak edir.

Builki festivalın qonaqları arasında Andrey Zvyagintsev, Fanni Ardan, Laura Dern, Asia Arcento və başqaları var.

Amerikalı aktyor və rejissor Mel Gibson festivalın «İncəsənətə verdiyi töhfəyə görə» mükafatına layiq görüləcək.

Festivalın əsas mükafatı «Büllur Kürə» ən yaxşı bədii filmə verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG