Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:39

Uruqvay prezidenti dövlət televiziyasında FİFA-nı söyüb


Jose Mujica (solda)

Jose Mujica (solda)

Beynəlxalq futbol federasiyası FİFA Uruqvay hücumçusu Luis Suarezi cəzalandırandan sonra Uruqvay prezidenti Jose Mujica FİFA-ya “köpək uşaqları bandası” deyib.

Özü əvvəllər partizan olmuş 79 yaşlı Mujica deyib ki, “Onlar Suarezi cəzalandıra bilərlər, ancaq faşist sanksiyaları ilə yox”.

Vətənə qayıdan Uruqvay yığmasını alqışlayan prezidentin dedikləri dövlət televiziyası Ilə yayılıb.

Bu vaxt onun yanında həyat yoldaşı , senator Lucia Topolansky olub.

Senator deyib ki, prezidentin bütün dediklərini dəstəkləyir.

Suarez italiyalı müfafiəçini dişlədiyinə görə, Dünya Kuboku yarışlarından uzaqlaşdırıldı. Ona 4 aylığa bütün futbol fəaliyyəti qadağan olundu.

Günün bütün mövzuları

XS
SM
MD
LG