Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:17

“Afaq Məsudla aramızda heç bir münaqişə yoxdur”


Səlim Babullaoğlu
Səlim Babullaoğlu

-

Yazıçılar Birliyinin Tərcümə Mərkəzinin yeni direktoru, şair Səlim Babullaoğlu “Oxu zalı”na deyib ki, onunla köhnə direktor Afaq Məsud arasında heç bir münaqişə yoxdur.

Mətbuatda Afaq Məsudun bu yaxınlarda Nazirlər Kabineti yanında yaradılmış Tərcümə qurumuna rəhbər təyin olunsa da, əvvəlki iş yerini təhvil-təslim etmək istəmədiyi yazılıb.

S.Babullaoğlu bildirib ki, o, Afaq Məsuda AYB-nin Tərcümə Mərkəzinin direktoru kabinetini boşaltmaqla bağlı heç bir müraciət etməyib.

“Prezidentin sərəncamında deylir ki, Nazirlər Kabineti yanında yaradılmış Tərcümə qurumu ilə bağlı lazımi tədbirlər 3 aya həyata keçrilsin. Onlara da vaxt lazımdır. Ümumiyyətlə, bu məsələ sülh və danışıqlar yolu ilə həllini tapmalıdır. Yəqin ki AYB və Nazirlər Kabineti məsələni müzakirə edib çıxış yolu tapacaqlar” – deyə S.Babullaoğlu qeyd edib.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi mayın 16-da yaradılıb.

A.Məsud hələ ki AYB-nin Tərcümə Mərkəzindəki kabinetini tərk etməyib. O, kulis.az saytına deyib ki, "Bizim bina dövlətin əmlakıdır. Keçmiş Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi 1989-cu ildə Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bina da Nazirlər Kabineti tərəfindən verilib".

Afaq Məsud
Afaq Məsud

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG