Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:56

Çinin yüksək rütbəli generalı rüşvətə görə Kommunist partiyasından qovulub


Çin ordusunun generalı Kommunist partiyasından qovulub və rüşvət ittihamı ilə məhkəməyə cəlb olunacaq.

Ölkə prezidenti Xi Jinpingin korrupsiya ilə başladığı mübarizədə rüşvət ittihamı irəli sürülən ən yüksək rütbəli hərbçi general Xu Caihoudur.

Xi Jinping deyib ki, o, rüşvətlə bağlı heç bir rütbəyə baxmayacaq.

Xu Caihou Siyasi Büronun üzvüdür və Mərkəzi Hərbi Komissiyanın sədr müavinidir.

Müstəntiqlər müəyyən ediblər ki, Xu və onun qohumları pulla və əmlakla rüşvət alırmış.

XS
SM
MD
LG