Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

Moskva sakini Yeqor Sherbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun işi üzrə məhkəmə baxışı başlayıb.

Moskvada keçirilən prosesdə ittiham elan olunub. Orxan Zeynalov qəsdən adam öldürmədə ittiham olunur.

İttihamnamədə deyilir ki, keçən il oktyabrın 10-da Orxan Zeynalov içkili vəziyyətdə ictimai asayişi pozub, küçədə olan Ksenya Popovaya söz atıb, bu zaman onun yanında olan Yeqor Sherbakov qadını müdafiə edib. Bundan sonra Orxan Zeynalov üstündə gəzdirdiyi bıçaqla Yeqor Sherbakova iki zərbə endirib.

Ittihamdan sonra məhkəmədə söz Orxan Zeynalova verilib. O özünü elan olunan ittiham üzrə təqsirli bilmir. O deyib: "Mən hadisə baş verən gün Moskvada yox, Kolomma şəhərində olmuşam"

Günün bütün mövzuları

XS
SM
MD
LG