Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:11

Hasara alınmış binanın sakinləri narahatdır


Arxiv fotosu
Arxiv fotosu

“Həyətdə iri zolaqlar çəkiblər, binamızın ətrafını hasarlayıblar. Deyirlər, ətrafdakı ağacları da kəsəcəklər”.

Bakı şəhəri, Naxçıvanski küçəsi, 38 saylı binanın sakinləri AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət ediblər ki, yaxınlıqdakı bazarın ərazisini genişləndirmək fikrinə düşən iş adamları binanın ərazisini zəbt etmək istəyirlər. Onların sözlərinə görə, bu barədə onlara binanın ətrafını hasarlayanlar deyib.

"BƏS YAŞAMAQ HÜQUQUMUZ?"

Bina sakini Fərman Nəbiyev:

“Deyirlər, binamızın yaxınlığındakı 8-ci kilometr bazarının ərazisi genişləndirilir. Başa düşmürük, bu işbazlar bazarı həyətimizin içərisinə qədər dartıb gətirmək fikrindədilər? Bura yaşayış binasıdır, bəs bizim yaşamaq hüququmuz? Onsuz da bazar əhlinin səs-küyündən pəncərə aça bilmirik. Havaya həsrət qalmışıq. Bir tərəfdən bazarın, bir tərəfdən də vaxtlı-vaxtında təmizlənməyən zibilliyin qurd-quşundan başımıza çarə tapa bilmirik”.

"QANUNSUZDUR"

Nizami Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, qeyd olunan ərazidə hasarlanma işləri icazəsiz və qanunsuz aparılıb.

Ekspert Asif Səfərov deyir, hətta müvafiq rəsmi qurum belə bir icazəni vermiş olsa belə, bu, qanunsuzdur:

“Çünki istənilən ticarət obyekti yaşayış binasından 6 metr aralıda yerləşməlidir”.

İcra hakimiyyəti məsələni araşdıracağını vəd edib.

XS
SM
MD
LG