Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:42

İmamların qəbri olan məscidlər təhlükədə - Fotolar


Əl-Əsgəri məqscidi, Samarra

Əl-Əsgəri məqscidi, Samarra

-

İraqda radikal sünnü yaraqlılar Samarra şəhərini ələ keçirməyə çalışır.

Dünya şiələrinin əsas ziyarətgahlarından olan əl-Əsgəri məscidi bu şəhərdə yerləşir.

10-cu imam Əli əl-Naqi və 11-ci imam Həsən əl-Əsgərinin qəbri əl-Əsgəri məscidindədir. Məscid həm də onların mavzoleyidir.

Sünnü yaraqlıların cəmləşdiyi İraq Şam İslam Dövləti adlı təşkilat indiyəcən tutduğu şəhərlərdə bir sıra şiə ziyarətgahlarını dağıdıb. Onlar bu ziyarətgahları İslama zidd sayırlar.

2006-cı ildə Əl-Qaidəyə bağlı terrorçular məsciddə partlayış törədib qızıl günbəzi dağıtmışdılar. 2007-ci ildə isə məscidin minarələri də partladılmışdı.

Həmin terror aktları İraqda şiələrlə sünnülər arasında nifaqı daha da dərinləşdirmişdi. Məscid 2009-cu ildə bərpa edilmişdi.

Əl-Əsgəri məscidi partlayışdan sonra, 2006

Əl-Əsgəri məscidi partlayışdan sonra, 2006

Əl-Əsgəri məscidi 10-cu əsrdə tikilib.

Əli əl-Naqi və Həsən əl-Əsgəri Xəlifə Mötəsimin hərbi düşərgəsi olan Samarrada ev dustağı olublar və orada da dünyalarını dəyişiblər.

Radikal sünnü yaraqlıların İraqda son məqsədi paytaxt Bağdadı ələ keçirməkdir.

İstər Bağdadda, istərsə də Kərbəlada, Nəcəfdə şiəliyin ən

Əl-Əsgəri məscidi bərpa edilir, 2009

Əl-Əsgəri məscidi bərpa edilir, 2009

mühüm ziyarətgahları yerləşir.

Birinci imam Əlinin (Məhəmməd peyğəmbərin kürəkəni) qəbri Nəcəfdəki İmam Əli məscidindədir.

Kərbəlada İmam Hüseyn məscidi yerləşir. Məhəmməd peyğəmbərin Kərbəla savaşında öldürülmüş nəvəsi Hüseyn ibn Əlinin (üçüncü imam), eləcə də digər müqəddəslərin məqbərələri buradadır.

Əl-Abbas məscidi də Kərbəladadır. Abbas imamlar Həsən və Hüseynin qardaşı olub, Kərbəla çölündəki döyüşdə Hüseynin bayraqdarı Abbas idi.

Bağdaddakı əl-Qadimiyyə məscidində yeddinci imam Musa və doqquzuncu imam Məhəmməd Əl-Taqinin məqbərəsi yerləşir.

Bu şəhərlər hələ ki İraq hökumətinin nəzarətindədir.

Bundan başqa ziyarətgahları könüllülər də qoruyur.

İraqın Bağdad, Kərbəla və Nəcəf şəhərlərindəki şiə ziyarətgahlarının fotoları:

İmam Əli məscidinin içərisi, Nəcəf

İmam Əli məscidinin içərisi, Nəcəf

İmam Əli məscidi, Nəcəf

İmam Əli məscidi, Nəcəf

Əl-Qadimiyyə məscidi, Bağdad

Əl-Qadimiyyə məscidi, Bağdad

Əl-Qadimiyyə məscidi, Bağdad

Əl-Qadimiyyə məscidi, Bağdad

İmam Hüseyn məscidi, Kərbəla

İmam Hüseyn məscidi, Kərbəla

İmam Hüseyn məscidi, Kərbəla

İmam Hüseyn məscidi, Kərbəla

Əl-Abbas məscidi, Kərbəla

Əl-Abbas məscidi, Kərbəla

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG