Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

Oliqarx Kolomisky Putini balacaboy şizofrenik, Putin isə onu əclaf adlandırır. Avropa Birliyinin Yaxın qonşularını böyük imkanlar və sınaqlar gözləyir. ABŞ hökuməti açıq internet işinə başçılığı yerə qoysa, internet hər ölkədə nəzarətə götürüləcək

“BALACABOY ŞİZOFRENİK”

"Ukraynanın məxfi silahı: Oliqarx İhor Kolomoisky".

Wall Street Journal yazır ki, Dnepropetrovsk qubernatoru Kolomisky rusiyapərəst separtaçılarla bacarıqla mübarizə aparır, ancaq tənqidçilər Ukraynada oliqarxların güclənməsindən narahatdır.

51 yaşlı bankir Kolomisky regiona qubernator təyin olunanda öz sərvətinin bir hissəsini ölkənin bütövlüyü uğrunda mübarizəyə sərf etməyə başladı.

O, hərbi birləşmələrə yanacaq, maşın batareyaları alır, hətta hər tutulan əli silahlı rusiyapərəst yaraqlılya görə 10 min dollar mükafat qoyur. Onun müavinləri bu proqramı uğurlu adlandırır.

Qəzet yazır ki, Kolomisky öz kabinetində nəhəng akvariumla məşhurdur. Burda köpək balıqları saxlanır.

Oliqarxların Rusiya ilə indiki qarşıdurmada belə səs göstərməsi tənqidçilərin fikrincə, onların öz şəxsi maraqlarını güdməsindən irəli gəlirı. Məhz oliqarxlar son illər Ukraynada islahatların qabağını alan qüvvəyə çevrildi və Ukraynanın düşdüyü indiki ağır vəziyyətin məsuliyyəti onların üzərindədir. Harvard Universitetindən olan professor Mark Kramer deyir: “Mən inanmıram ki, Meydana çıxanlar oliqarxların hakimiyyətə gəlməsini istəyirdi”.

Kolomisky özünün və oliaqarxların siyasi hakimiyyətə yiyələnməsini ölkənin inkişafında təbii mərhələ hesab edir.

Kolomisky qubernator təyin olunanda ilk televiziya çıxışında Rusiya prezidenti Putin haqda dedi ki, Putin “balacaboy şizofrenikdir və heç nəyə yaramır”.

Boyu 170 sm olan Putin bunu cavabsız qoymadı və dedi ki, “belə əclaf necə qubernator təyin oluna bilər”.

Bunun dalınca Rusiya elan etdi ki, Kolomoisky-nin Privat Bankının Moslva filialının nağd pul problemləri var və bu filialı Moskva idarəçiliyə götürdü. Sonra isə filial yerli Rusiya şirkətinə satıldı. Qəzet sonda yazır ki, Gürcüstanın keçmiş prezidenti Saakashvili deyib: “Mən həmişə fikirləşirdim ki, Putin məni özünün 1N-li düşməni hesab edir. İndi isə fikirləşirəm ki, oliqarx Kolomoisky sırada məndən qabağa çıxdı”

İMKANLAR VƏ SINAQLAR

Financial Times qəzeti yazır ki. Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı nəhəng imkanlar və eyni vaxtda sınaqlar deməkdir. Avropa Birliyi keçmiş sovet respubliklarını ümumi bazara dəvət etməklə onları tək buraxmamalıdır . Dünyanın ən böyük bazarı olan Avropa Birliyi bu ölkələrdə inkişafa və biznesin mühtinin yaxşlılaşmasına kömək etməlidir. Avropa Birliyindəki qanunun aliliyi, korrupsiya ilə mübarizə, idarəçilik bu ölkələrə sirayət olunmalıdır.

Bunlar imkanlardır, sınaqlara gəlincə, Avropa Birliyi və Qərb illüziyalara qapılmamalıdır ki, keçmiş sovet respublikları öz sərjədlərini Qərb bazarına açanda bu onlar üçün ağrısız ötüşəcək.

Moskva da separatçı regionları etiraza qaldırmaqla bu ölkələrə problem yarada bilər. Belə vəziyyət Avropa üçün də yeni təcrübədir. Kipr hələlik yeganə ölkə idi ki, Avropa Birliyinə daxil olanda buranın hökuməti ölkənin bütün ərazisinə nəzarət etmirdi. İndi eyni vəziyyət Avropa Birliyi ilə azad ticarət və siyasi əməkdaşlıq sazişləri imzalayan Gürcüstan, Moldova və ola bilsin, Ukraynadadır.

Qəzet hesab edir ki, Moskva bu yeni reallığı qəbul etməyənə qədər Qərb Şərq Əməkdaşlığı Ppoqramına daxil olan ölkələrə maliyyə dəstəyi göstərməlidir.

FRANSA DA İDARƏ OLUNAN İNTERNET İSTƏYİR

Wall Street Journal qəzeti yazır ki, Obama hökuməti açıq İnternet işinə başçılığıqdan imtina edəndə tənidçilər bildirirdilər ki, bundan Çin və Rusiya kimi ölkələr sui-istifadə edəcək.

İndi bu ölkələrə Fransa da qoşulur. Keçən həftə Fransa bildirdi ki, bir ölkə daxilində özü-özünü tənzimləyən, nəzarət olunan internetə keçmək istəyir. Londonda keçirilən konfransda yeni internet domain-lər kimi .wine, .vin təklif olunurdu, Fransa bunun da əleyhinə çıxmaqla xəbər başlıqlarına çıxdı.

Bu sonluqlar şərab mənasını verdiyinə görə, Fransa bildirir ki, bundan şampan və digər şərab istehsalçıları şampan kimi partlayacaq.

Qəzet sonda yazır ki, ABŞ İnternetə rəhbərlikdən imtina etsə, bunu digər hökumətlər edəcək. Ona görə Obama hökuməti bu məsələni bir də fikirləşməlidir. .

7-Cİ ƏSRİN XİLAFƏTİ BƏRPA OLUNUR

Washington Post qəzeti yazır ki, İraq və Suriya İslam dövləti təşkilatı İraqda islam dövləti yaradıldığını elan edib.

İnternetlə yayılan audioda elan olunur ki, 7-ci əsrdəki xilafət bərpa olunur. Həmin audioda deyilir ki, cihadın yeni erası başlanır. Abu Bakr al-Bagdadi yeni xəlifə olur. O “mominlərin əmiri”, “dindarların şahazadəsi” elan olunur.

Bu o deməkdir ki, bütün müsəlmanlar onunla hesablaşmalıdır, bu isə al-Qaida lideri Zavahiri ilə qarşıdurma yaracaq. Zavahiri çətin ki, Bagdadini öz xəlifəsi hesab edə.

İSİD-Ə QARŞI KİM ÇIXACAQ?

İndependent qəzeti yazır ki, John Kerry İraq böhranında 5 ildən sonra motədil qüvvə axtarışındadır.

O , İraq islam Dövləti Təşkilatı yaraqlılarını geri oturtmaq üçün danışıqlar aparır. Ancaq onları kim geri oturdacaq?

Günün bütün mövzuları

XS
SM
MD
LG