Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

Zaqatalada zəlzələ zamanı ciddi dağıntılar olmayıb


«Güclü yeraltı təkanlardan sonra adətən avterşoklar qeydə alınır, amma Zaqatalada baş verən sonuncu zəlzələdən sonra yalnız bir zəif yeraltı təkan baş verib».

Bunu AzadlıqRadiosuna müsahibəsində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli deyib:

«Dünən gecə 3,5 bal gücündə zəif avterşok oldu, camaat bunu hiss etmədi. Belə xırda təkanlar normaldı, amma olmamasını da təhlükə kimi qiymətləndirə bilmərik. Bundan əvvəl Hacıqabulda baş verən güclü zəlzələdən sonra heç bir avterşok baş vermədi».

İyunun 29-da gecə saatlarında Zaqataladan 14 km cənub-qərbdə 6 bal gücündə zəlzələ olub.

Yerli rəsmilər və şahidlərin dediklərinə görə, güclü yeraltı təkan əhalidə narahatlıq yaratsa da, ciddi dağıntılar qeydə alınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG