Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:24

Şimali Koreyada saxlanan iki amerikalı turistə ittiham irəli sürülüb


-

İyunun 30-da Şimali Koreyada «düşmənçilik hərəkətləri törətmə»də ittiham olunan iki amerikalı turist məhkəməyə çıxarılacaq.

Rəsmi KCNA xəbər agentliyi məlumat yayıb ki, Matthew Todd Miller and Jeffrey Edward Fowle-ə qarşı irəli sürülən ittihamlar sübutlar və onların ifadəsi əsasında təsdiqlənib.

24 yaşlı Miller bu ilin aprel ayında Miqrasiya İdarəsində vizasını cırıb, kommunist ölkəsində sığınacaq tələb edəndən sonra həbs olunub.

56 yaşlı Fowle ölkəyə aprelin 29-da girib və oteldə müqəddəs İncil kitabını qoyduğu bildiriləndən sonra saxlanıb.

XS
SM
MD
LG