Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:07

-

Ukraynanın şərqində élan olunan atəşkəs iyunun 30-da başa çatır. Minlərlə ukraynalı Kiyevdə atəşkəsin uzadılmasının əleyhinə aksiyalarda iştirak edir.

Ötən gün Avropa Birliyi liderləri Rusiya və Ukrayna prezidentləri ilə danışıqlar aparıb. Fransa prezidenti Francois Hollande, Almaniya kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroshenko arasında telefon danışığı 2 saatdan çox davam edib. Liderlər atəşkəsin uzadılmasının, sülh planının və təhlükəsizliyin təmin olunması üçün konkret addımların əhəmiyyətini müzakirə ediblər.

Kremlin yaydığı məlumata görə, dörd lider prezident Poroshenko-nu Ukraynanın şərqində atəşkəsin müddətini uzatmağa çağırıb. Bu arada Kiyevdə bir neçə min adam Prezident Administrasiyasının qarşısına toplaşaraq, prezidentdən birtərəfli qaydada elan edilən atəşkəsi dayandırmağı tələb ediblər.

Ölkənin şərqində bir neçə böyük şəhəri ələ keçirən Rusiyameylli silahlı separatçılar orada dövlət yaratdıqlarını bildirirlər. Kiyev isə onları terrorçu elan edərək həmin regionlarda anti-terror əməliyyatı aparır.

XS
SM
MD
LG