Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:09

Ukraynanın şərqində 5 Ukrayna hərbçisi həlak olub


Arxiv fotosu: Ukraynanın şərqində özünü "Donetsk Xalq Respublikası" elan etmiş rusiyameylli silahlılar bu qanunsuz qurumun Baş nazirini mühafizə edirlər.
Arxiv fotosu: Ukraynanın şərqində özünü "Donetsk Xalq Respublikası" elan etmiş rusiyameylli silahlılar bu qanunsuz qurumun Baş nazirini mühafizə edirlər.

Ukraynanın şərqində baş verən qarşıdurma nəticəsində 5 Ukrayna hərbçisi həlak olub, 17-i isə yaralanıb.

Bu barədə regionda aparılan anti-terror əməliyyatının mətbuat katibi Aleksei Dmitrashkobski məlumat verib.

Onun sözlərinə görə, separatçılar ötən gün Slavyansk yaxınlığında postu atəşə tutub. Üç hərbçi həlak olub, 4-ü yaralanıb.

Luqansk vilayətində isə iki hərbçi həlak olub, 8-i yaralanıb. Daha 5 Ukrayna hərbçisi kontuziya alıb.

Bundan əvvəl Ukrayna prezidenti Petro Poroshenko iyunun 27-dən elan etdiyi atəşkəsi iyunun 30-a qədər uzatmışdı.

Rusiya bu ilin yazında Ukraynanın Krım yarımadasını özünə ilhaq edəndən dərhal sonra Ukraynanın şərq əyalətlərində də separatçılar baş qaldırıblar. Rusiya meylli silahlı separatçılar Ukraynanın bir neçə şəhərini - o cümlədən də Luqansk şəhərini əllərində saxlayırlar.

Kiyev həmin regionda anti-terror əməliyyatı elan edib.

XS
SM
MD
LG