Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:41

1/4 finalda Kolumbiya Braziliya millisi ilə qarşılaşacaq


Kolumbiya-Uruqvay qarşılaşmasından görüntü. Braziliya, 28 iyun 2014
Kolumbiya-Uruqvay qarşılaşmasından görüntü. Braziliya, 28 iyun 2014

Braziliyada keçirilən dünya çempionatında 1/8 final qarşılaşması ev sahibləri üçün elə də asan olmayıb. Braziliya Çili qarşılaşmasında hesabı 17-ci dəqiqədə açan David Lius braziliyalıları önə çıxartsa 15 dəqiqə sonra Çili yığması bu qolun əvəzini çıxıb. Aleksis Sanches hesabı bərabərləşdirib: 1-1.

İkinci hissədə isə qapılara top vurulmayıb. Hər biri 15 dəqiqə olmaqla daha iki hissə isə hesab dəyişməyib. Qalibi isə penaltilər müəyyənləşdirib.

Penaltilər seriyasında Braziliya yığması 3:2 hesabı ilə qalib gəlib.

1/4 finala yüksələn daha bir komanda isə Kolumbiya millisi olub.

Kolumbiya güclü Uruqvay yığmasına 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu James Rodriguez vurub. Yarış boyu Kolumbiya daha üstün oyun göstərib. Rodriguez birinci qolu 28-ci dəqiqədə, ikinci qolu isə 50-ci dəqiqədə vurub.

Oyunun son 10 dəqiqəsində Uruqvay millisinin qol vurmaq şansı olsa da qapıçı Ospina 79 və 85-ci dəqiqələrdə qapısını uruqvaylıların hücumundan xilas edə bilib.

1/4 finalda Kolumbiya Braziliya millisi ilə qarşılaşacaq.

İyunun 29-da keçiriləcək oyunlarda Hollandiya Meksika, Kosta-Rika isə Yunanıstan yığmaları ilə qarşılaşacaq.

XS
SM
MD
LG