Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:13

.

“Azadlıq” qəzeti

“Azadlıq” qəzeti

Adamı heç nə sındırmamalıdır

Bunu “Azadlıq” qəzetinə müsahibəsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyib.

Leyla Yunus İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı çıxışı haqda deyib ki, “Bu çıxış aydın şəkildə nümayiş etdirdi ki, ölkənin başında praqmatik, şüurlu siyasətçi deyil, heç bir tənqid, polemika qəbul etməyən sultan düşüncəli adam dayanıb.

Yalnız onun dediyini dinləməyi və farağat dayanmağı qəbul edir.

Azərbaycandakı hakimiyyətin mahiyyətini axıra qədər dərk etməyən şüurlu avropalılar Əliyevin AŞ PA-da sualları cavablandırmasından sonra kiminlə işlədiklərini anladılar”.

"Trend" agentliyinn loqosu

"Trend" agentliyinn loqosu

Zakir Həsənov Ermənistana 10 qat cavab verilməsinə dair xüsusi tapşırıq verib

"Trend" agentliyinin məlumatına görə, “müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verib.

Nazir hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərimizə atəş açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib”.

"Yeni Müsavat" qəzetinin loqosu

"Yeni Müsavat" qəzetinin loqosu

Hakimiyyət üçün kritik 10 gün

“Yeni Müsavat” qəzeti yazır ki, hələ 10 il öncə AŞ PA-nın sessiyasında İlham Əliyev Azərbaycan prezidenti qismində çıxış edərkən çox da inamlı görünməmişdi və sanki özünə bəraət formasında avroparlamentarları inandırmağa çalışmışdı ki, o, demokratikləşmə kursuna sadiqdir və ölkə öz üzərinə götürdüyü öhdəlikləri müntəzəm şəkildə yerinə yetirir.

“Lakin 10 il sonrakı sessiyada prezident özünə əmindən də çox əmin görünürdü, ən rahatsız suallara belə çəkinib eləmədən olduqca sərt cavablar verirdi, bununla da mövqeyinin haqlı olduğunu və apardığı siyasətdə yanlışlar olmadığını nümayiş etdirməyə çalışırdı.

Prezidentin verbal və real davranışında belə kəskin dəyişiklik, əlbəttə ki, heç də Azərbaycanda demokratiya, insan haqları, siyasi məhbuslarla bağlı iradlara əsasların azalması ilə əlaqədar deyil. Tam əksinə: ölkədə demokratiya sahəsində vəziyyət daha da ağırlaşıb və Qərbin rəsmi Bakının ünvanına tənqidləri əhəmiyyətli dərəcədə artıb.

Ancaq İlham Əliyevin Strasburqdakı inamlı çıxışı göstərdi ki, bunlar onu zərrəcə qorxutmur və hər şeydən göründüyü kimi, o, sərt daxili siyasəti davam etdirəcək - çünki başa düşür ki, bu gün Qərbin Bakı ilə münasibətləri korlaması açıq-aşkar məntiqdən kənardır”.

Türk liseylərinin 497 müəllimi iş axtarır

Azərbaycanda fəaliyyəti dayandırılan türk liseylərində 2013-2014-cü dərs ilində 3730 şagird təhsil alıb.

Bu haqda Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirib.

XI sinif şagirdləri (526 nəfər) istisna olmaqla dərs ilinin sonunda şagirdlərin ümumi sayı 3204 nəfər təşkil edib. Nazirlikdən həmçinin bildirilib ki, türk liseylərində şagirdlərin təhsili ilə 497 müəllim məşğul olub.

Nazirlikdən bildiriblər ki, türk liseylərində oxuyan şagirdlərin və burada çalışan müəllimlərin digər təhsil müəssisələrində yerləşdirilməsi işinin təşkili ilə bağlı işçi qrupu yaradılıb. Həmin müəssisələrin pedaqoji heyəti, eləcə də şagirdlərin valideynləri ilə görüşlər keçirilib.

“Hazırda əsas məsələ şagirdlərin yerləşdirilməsi, müəllimlər üçün iş yerinin müəyyənləşdirilməsindən ibarətdir”.


"Yeni Azərbaycan" qəzeti

"Yeni Azərbaycan" qəzeti

Azərbaycan uğurlu xarici siyasəti ilə qlobal əməkdaşlığın mühüm iştirakçısına çevrilib

“Yeni Azərbaycan” qəzeti yazır ki, prezident İlham Əliyevin AŞPA-dakı çıxış haqda yazır ki, “prezidentin çıxışı bir daha təsdiq etdi ki, dövlətimizin başçısı qlobal düşüncə tərzinə malik olaraq siyasi, iqtisadi və humanitar sahələrdə regionda və dünyada cərəyan edən prosesləri, baş verən hadisələri yaxından izləməklə yanaşı, onların arasında bağlılığı aydın görür və öz fəaliyyətində bunları nəzərə alır.

Bu amil Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun uğurla reallaşdırılmasında, xarici aləmlə əlaqədə, ölkəmizin təşəbbüskarı olduğu nəhəng transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır”.

APA informasiya agentliyinin loqosu

APA informasiya agentliyinin loqosu

Boşanmaların qarşısını almaq üçün yeni qanun layihəsi hazırlanmalıdır

"Statistika göstərir ki, Azərbaycanda nikaha girən cütlüklərin 11 faizi boşanır. Təxminən il ərzində 88 min nikaha girilirsə, onlardan 9 mini boşanır. Bu isə o deməkdir ki, ölkədə boşanmaların sayı son 7-8 ildə iki dəfə artıb".

Bunu APA TV-yə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Onun sözlərinə görə, bu 9 milyonluq Azərbaycan üçün böyük rəqəmdir. Boşanmaların qarşısını almaq üçün isə millət vəkili yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG