Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:49

İyunun 29-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 14 şəhərdə buraxılış imtahanı keçirir.

TQDK-nın saytının məlumatına görə, imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməyənlər, üzrlü səbəbdən bu il keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş məzunu olan şagirdlər iştirak edirlər.

İmtahanlarda ümumilikdə 9 və 11-ci siniflər üzrə 5406 şagirdin iştirakı gözlənir. 9-cu siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan 2194 şagirddən 1932 nəfəri Azərbaycan, 262 nəfəri rus bölməsində təhsil alır. Onların 1419 nəfəri oğlan, 775 nəfəri qızlardır.

11-ci siniflərin buraxılış imtahanında iştirakı nəzərdə tutulan 3212 şagirddən 2930 nəfəri Azərbaycan, 279 nəfəri rus bölməsinin şagirdləridir. Onların 2592 nəfəri oğlan, 620 nəfəri qızlardır.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG