Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09

Güclü küləklə bağlı xəbərdarlıq yayılıb


-

İyunun 29-da Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, iyunun 30-da daha da şiddətlənəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında gecə yarımadanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 20-23, gündüz 30 dərəcəyədək isti olacaq. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da iyunun 29-da bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənəcək. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-26 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG