Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:51

ABŞ prezidenti müsəlmanları Ramazanın başlanmasına görə təbrik edib


-

«Amerika xalqı adından Michelle və mən ABŞ və bütün dünyadakı müsəlmanlara ən xoş arzularımızı çatdırırıq».

ABŞ prezidenti Barack Obama Ramazan ayının başlanması ilə bağlı təbrikində belə deyib.

Obama deyib ki, bu ay bütün Ramazan boyunca, yoxsulluq və iqtisadi bərabərsizliklə mübarizə aparanlar da daxil olmaqla, ehtiyacı olanlara yardımların göstərildiyi bir aydır.

ABŞ prezidenti bildirib ki, Ramazan dünyada çoxlu sayda adamın mənasız müharibələrdən əziyyət çəkdiyi bir vaxtda hər bir insana sülhü və ədalətin ardınca getməyi xatırladır.

XS
SM
MD
LG