Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:34

«Sərhədsiz Reportyorlar» Hilal Məmmədova görə narahatdır


Hilal Məmmədov

Hilal Məmmədov

-

«Sərhədsiz Reportyorlar» jurnalistləri müdafiə təşkilatı Ali Məhkəmənin Hilal Məmmədovla bağlı qərarını pisləyib.

Təşkilatın bəyanatında deyilir ki, Hilal Məmmədov siyasi məhbus kimi tanınıb. Ancaq prezident İlham Əliyev ölkədə siyasi məhbusların olmadığını bildirir.

Ali Məhkəmə «Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədovun 5 il yarım müddətinə azadlıqdan məhrum edilməsi barədə birinci instansiya məhkəmənin qərarını qüvvədə saxlayıb.

H.Məmmədov narkotik maddə saxlamaqda və millətlərarası ədavəti qızışdırmaqda təqsirli bilinib.

H.Məmmədovun vəkili bildirib ki, həbsxanada onun səhhəti pisləşib. O, ağır xəstə məhbuslarla eyni kamerada saxlanılır. Tibbi yardım göstərilmir.

Penitensiar Xidmət deyilənləri təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG