Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:16

Gələn həftədən «Sovetski»də söküntü başlayacaq


«Sovetski»
«Sovetski»

-

«Bizim Yol» qəzeti yazır ki, Yasamal rayon İcra Hakimiyyəti «Sovetski»ni hasara alıb. Ərazidə söküləcək mənzillər və ticarət obyektləri narıncı rənglə rəqəmlənib. Gələn həftədən isə burda söküntü başlanacaq. İşlərin gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına qədər bitməsi nəzərdə tutulur.

Sakinlər qəzetə bildirib ki, hökumətin qeyri-rəsmi göstərişi ilə mənzil-tikinti şirkətlərinin nümayəndələri onlarla görüşür, kreditlə mənzillər təklif edirlər.

YOL POLİSİ GECƏ REYDLƏRİNƏ BAŞLAYIR

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov Trend agentliyinə deyib ki, Yol Polisi iyunun 28-dən başlayaraq günün qaranlıq vaxtı reydlər təşkil edəcək.

Onun bildirdiyinə görə, yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, paytaxtda baş vermiş yol qəzaları əsasən günün qaranlıq vaxtlarına təsadüf edir. Bu baxımdan belə hadisələrin qarşısının alınması zərurəti yaranır: «Belə ki, yol qəza hadisələri əsasən saat 18:00-dan 24:00-dək aralığında baş verir. Qəzaların baş verməsinin əsas səbəbi isə hərəkət sürətinin aşılması, diqqətsizlik, səhlənkarlıq, tələskənlik olur».

GÜLƏR ƏHMƏDOVA ÖLKƏDƏN ÇIXMAQ İSTƏMƏSİNDƏN DANIŞDI

«Ölkədən kənarda müalicə olunmaq üçün heç kimə müraciət etməmişəm».

Bunu «Yeni Müsavat» qəzetinə sabiq deputat, şərti azadlığa buraxılmış Gülər Əhmədova deyib.

«Öz ölkəmdə, evimdə, ailəmdəyəm. Müalicə üçün xaricə getmək planım da yoxdur. Belə müraciət olmayıb».

Gülər Əhmədova
Gülər Əhmədova

G.Əhmədova daha öncə rəhbəri olduğu «Mərkəz» qəzetini bərpa edəcəyi ilə bağlı xəbərləri də təkzib edib. Bildirib ki, qəzeti bərpa etmək kimi bir planı yoxdur.

«Ümumiyyətlə, ictimai-siyasi həyata yenidən qayıtmaq planınız yoxdur» sualına cavabında G.Əhmədova deyib ki, sabah nə olacağını heç kim bilmir, eləcə də o: «İndi nə etdiyimi, nə düşündüyümü bilmək istəyirsinizsə, mən ancaq ailəmlə məşğulam».

TƏHSİL MÜTƏXƏSSİSİ LİSEYLƏRİN BAĞLANMASINI YANLIŞ QƏRAR SAYIR

Vaxtilə Türkiyə Dəyanət Vəqfinin məktəbində müəllim çalışmış Siracəddin Hacı Media forum saytına bağlanmış liseylərin təhsil sahəsində yaradacağı problemlərdən danışıb:

«Məlumdur ki, sözügedən liseylər Türkiyədə baş verən hadisələrlə əlaqədar bağlanıb. Buna qədər həmin müəssisələrdə hansısa rüşvət faktına, buna bənzər neqativ hala rast gəlinməyib. Ona görə açıqlanan səbəblərin heç biri inandırıcı deyil. Bir ölkədə məktəb bağlamaq yaxşı əlamət deyil. Ölkədə xəstəxana, məktəb, universitet açılmalıdır, bağlanmamalıdır».

«GÜRCÜSTAN AVROPALAŞDIQCA AZƏRBAYCAN KÖLGƏDƏ QALACAQ»

Bunu «Azadlıq» qəzetinə müsahibəsində İqtisadi Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyib.

İqtisadçı bildirib ki, Gürcüstandakı əlverişli biznes mühiti yatırımlar üçün müəyyən şərtlər formalaşdırıb:

Qubad İbadoğlu
Qubad İbadoğlu

«İndiki halda Gürcüstan bazarının Avropa ilə hormonizasiyası burada rəqabəti daha da şiddətləndirə bilər. Bu da rəqabətdə Azərbaycan mənşəli investisiyaların hökmran mövqeyinin aşağı düşməsinə səbəb olacaq. Azərbaycanın mövqeyinin zəifləməsi Azərbaycanın maraqlarını o qədər də təmin etmir. Gürcüstan assosiasiya sazişinə imza atdıqdan sonra onun regionda həm siyasi, həm iqtisadi baxımdan nüfuzu artacaq. Gürcüstan eyni zamanda Avropadan həm maddi, həm də siyasi dəstək qazanacaq. Bu da Gürcüstandakı islahatların daha tez bir zamanda həyata keçirilməsinə və daha yaxşı nəticələr verməsinə gətirib çıxaracaq».

RÜSTƏM İBRAHİMBƏYOVUN YENİ KİTABI

Azərbaycan kinodramaturqu Rüstəm İbrahimbəyovun «Günəşin kələfi» adlı yeni kitabı iyulda Britaniya-Hollandiya nəşriyyatı olan «Glagoslav» tərəfindən ingilis dilində dərc ediləcək.

«Turan» informasiya agentliyi bildirir ki, kitab Azərbaycanın faciəvi və ziddiyyətli müstəqilliyinin bərpası dövrünə həsr edilib. İbrahimbəyov öz romanında ölkə tarixini həmvətənlərinin gözlərindən göstərir.

Həmçinin «Bakı-Saqa» adlanan dördhissəli kitab Azərbaycan sakinlərinin üç nəslini və 1940-1990-cı illəri əhatə edir.

Dörd ayrı-ayrı hissə müxtəlif millətlərdən olan, Bakının eyni məhəlləsində böyüyən dostlar haqqında hadisələri əks etdirir.

Gürcü kinematoqrafçılarının iştirakı ilə bu əsərin ekranlaşdırılmasına hazırlıq gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG