Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:41

Oqtay Gülalıyev polisə çağırılıb


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

-

Milli Şura Mətbuat Xidmətinin rəhbəri Oqtay Gülalıyev Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən Oqtay Gülalıyevin sözlərinə görə, onu məktəbli oğlunun məsələsinə görə polisə çağırıblar:

«10 ay bundan əvvəl mənim məktəbli oğlum guya kimisə vurub. Bununla bağlı çağırmışdılar. Birinci, belə bir şey olmayıb, oğluma şər atırlar. Olmuşdusa da niyə indi araşdırırlar? Həmin dövrdə mənim oğlum bıçaqlanıb. Bunu araşdırsınlar. Söhbətdən hiss etdim ki, oğluma cinayət açmaq istəyirlər. Məktəbdə hər gün şagirdlər dalaşır. Buna görə araşdırma aparılır? Mən bunu siyasi təzyiq sayıram».

Bakı şəhər Baş Polis İdarəsindən bildirdilər ki, onlar heç kimi siyasi sifarişlə polisə çağırmırlar.

Ötən il sentyabrın 24-də Oqtay Gülalıyevin 16 yaşlı oğlu Əli Gülalıyevi 3-4 nəfər döyüb. Sonra isə o, bıçaqlanıb. Oqtay Gülalıyev oğlunun bıçaqlanması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdi.

XS
SM
MD
LG