Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:00

Kanada şirkəti 2 rusiyalı milyarderdən 1 milyard dollar təzminat istəyir


New Yor məhkəməsi Kanadanın Norex Petroleum neft şirkətinin iddiası ilə məhkəmə işinə yenidən başlamaq qərarını verib. Norex 2 rusiyalı milyarderdən 1 milyard dollar təzminat istəyir.

Norex iddia edir ki, həmin 2 milyarder silahlı əsgərlərin və rüşvətxor Rusiya məhkəmələrinin köməyi ilə Sibirdə neft yatağını Norexin əlindən alıb.

2011-ci ildə Norex bildirmişdi ki, bu milyarderlər – Leonard Blavatnik və Viktor Vekselberg Rusiyanın ZAO Yugraneft şirkətini ələ keçirib.

Həmin şirkətdə Norexin 60 faiz payı var idi və şirkət yüz milyonlarla dollarlıq neft ehtiyatına nəzarət edirdi.

Blavatnik deyib ki, bu iddiların əleyhinə dəlillər toplayır və özü məhkəmə iddiası qaldıracaq.

XS
SM
MD
LG